Türkiyədə daha bir deputat həbs edildi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Altan Tan həbs olunub.

AzVision.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) seçilən A.Tan məhkəmənin qərarı ilə 2 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, 2012-ci ildə Şanlı Urfada təşkil olunan Norvuz şənliyində səsləndirdiyi fikirlərə görə deputata qarşı cinayət işi açılmışdı.

Ona xalqı kin və düşmənçiliyə təhrik etmək ittihamı irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar