ABŞ və Qətərin HDD birgə təlimlər keçirəcəklər...

iran gemiAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amnerika Birləşmiş Ştatları (ABŞ) Qətərlə birgə hərbi-dəniz donanmasının (HDD) təlimlərini keçirəcək.

Xəbər verilir ki, cümə axşamı ABŞ HDD-nın iki hərbi gəmisi təlimlərdə iştirak etmək üçün Qətərin Hamad limanına gəlib. Təlimlər Qətərin ərazi sularında keçiriləcək.

«Əl-Cəzirə» telekanalının məlumatına görə, artıq bu gün bu ölkələr məlum siyasi böhran fonunda təlimlərə başlayacaq. Təlimlər tədris atışını, raket buraxılışını, Qətər və ABŞ aviasiyasının birgə fəaliyyətini, o cümlədən, gəmilərin təchizatının qurulmasını və zərər çəkənlərin vertolyotlar vasitəsilə evakuasiyasını nəzərdə tutur.

Bununla bərabər, telekanal bu təlimlərlə Qətərin blokadası arasında hər-hansı əlaqənin olmadığını bildirir və təlimləri «plan üzrə» tədbir adlandırır.

Xatırladaq ki, Qətərdə ABŞ-ın bölgədəki ən iri hərbi bazalarından biri yerləşir. Buna baxmayaraq, Vaşinqton hələ ki, sözügedən informasiyanı şərh etməyib.

Bundan əvvəl, ABŞ Prezidenti Donald Trampın özünün Dohanı terrorçuluğu dəstəkləməkdə ittiham etməsinə baxmayaraq, Qətərin müdafiə naziri ABŞ-dan 12 milyard dollarlıq F-15 qırıcı təyyarələrin satın alınması barədə saziş bağlandığını elan etmişdi.

«Röyter» agentliyinin məlumatına görə, Pentaqonun başçısı Ceyms Mettis və Qətərin nümayəndələri iyunun 14-də sazişi imzalamaq üçün görüşüblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar