AFFA Azərbaycan - Şimali İrlandiya matçının gəlirini açıqlayıb

AFFAAFFA Azərbaycan və Şimali İrlandiya yığmaları arasında iyunun 10-da keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından gəlirini açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu məbləğ 91 min 165 manat təşkil edib.

Gəlir bilet və Skybox satışından götürülüb. Məbləğ isə ƏDV ilə birgə göstərilib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Şimali İrlandiya oyunu qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar