“Qətər qoşununu çıxaran kimi adaya qoşun yeritdilər” – Cibutinin xarici işlər naziri

Afrika ölkəsi Cibuti qonşu Eritreyanı işğalda ittiham edib.

APA-nın məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Mahmud Əli Yusif bəyanatla çıxış edib. O bildirib ki, bu hadisə Qətərin iyunun 12-13-də bu regiondan öz sülhməramlılarını çıxarmasından sonra baş verib.

Nazir deyib ki, bundan dərhal sonra həmin əraziyə Eritreya qoşunları yeridilib: “Hazırda onlar Dumeyra dağı və Dumeyra adasına nəzarət edirlər. Bu BMT qətnamələrinin pozulması deməkdir”.

Qeyd edək ki, Cibuti rəsmi Doha ilə diplomatik əlaqələrin səviyyəsinin aşağı salınması ilə bağlı qərarını açıqladıqdan sonra Qətər öz sülhməramlılarını Cibuti-Eritreya sərhədindən geri çəkib.

İki Afrika ölkəsi arasında ərazi problemi 2008-ci ildə başlayıb. Onun aktiv fazası iyunun 10-dan 13-nə kimi davam edib. Tərəflər atəşkəs elan edəndən sonra mübahisəli ərazidə Eritreya qoşunları yerləşdirilib və 2010-cı ildə onları Qətər sülhməramlıları əvəzləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar