ABŞ sankisyaları İranı dilə gətirdi

 

Amerika senatının İrana qarşı yeni sanksiyaları tətbiq etmək qərarı 2015-ci ildə imzalanmış nüvə anlaşmasının tələblərinə uyğun gəlmir.

Axar.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Ali dini rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

“ABŞ Senatının bu addımı şübhəsiz ki, nüvə sazişinin tələblərinə söykənmir. Biz məsələni araşdıracaq və adekvat cavab verəcəyik”, - deyə müşavir öz çıxışında bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Senatı Rusiya və İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar