“Get, çevrilişlərə qarşı yürü...” – Baş nazirdən CHP-yə sərt mesaj

Türkiyənin baş naziri Binəli Yıldırım Diyarbəkirdə qatıldığı açılış mərasimində CHP lideri Kamal Kılıcdaroğlunun partiyadaşının həbsinə etiraz olaraq Ankaradan İstanbula başlatdığı piyada yürüşünə sərt reaksiya verib.

Strateq.az Türkiyə mediasına istinadla xəbər verir ki, baş nazir CHP-nin dünəndən başlatdığı "Ədalət" devizli yürüşün mənasız olduğunu deyib.

Baş nazir deyib ki, 15 iyul çevrilişində əlinə bayraq alıb küçəyə çıxmayanların indi belə addım atması anlaşılmazdır : "İndi də başlayıblar Ankaradan İstanbula piyada yürüşə. Yürüyəcəksənsə, get, çevrilişlərə qarşı yürü. Ədalət küçədə axtarılmaz…".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar