Türkiyə sahillərində 76 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Sahil Mühafizəsi Egey dənizində keçirdiyi patrul xidməti zamanı Əfqanıstan, Pakistan və Somalidən olan 76 qaçqını saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, qaçqınlar Çatal adası yaxınlığında, "Sargona" yaxtasında aşkar ediliblər. Qaçqınlar qeyri-leqal yolla Yunanıstan sahillərinə çıxmağa çalışıblar.

Saxlanılanlar arasında həmçinin Gürcüstanın 3 vətəndaşı da olub. Onlar miqrantların Türkiyədən Yunanıstana qanunsuz daşınmasını təşkil ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar