CƏBHƏDƏ GƏRGİNLİK DAVAM EDİR - 6 erməni hərbçisi məhv edildi (YENİLƏNİB)

mn Defense_Ministry_Mudafie_Nazirliyi_albom

“Görülən qətiyyətli cavab tədbirləri nəticəsində işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var”

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb.

"Report"un xəbərinə görə, bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir: "Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.

Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

* * *

Ötən gün cəbhədə Erməni Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu məhv edilib. Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi iyunun 16-da cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümünə dair məlumata münasibət bildirərkən açıqlayıb.

Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib. Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi dünən təmas xəttində düşmən təxribatının qarşısını alarkən ordumuzun əsgəri Sultan Niyaz oğlu Şahvələdovun şəhid olduğunu açıqlayıb. Şəhid doğulduğu Qusar rayonunda torpağa tapşırılıb. Və Azərbaycan ordusu çox keçmədən şəhidin qisasını beşqat misilləməsi ilə aldı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar