Cəbhədə daha bir erməni əsgər məhv edildi

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində daha bir erməni hərbçi məhv edilib.

APA-nın “panorama.am” saytına istinadən verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Narek Qasparyan bu gün səhər 09.40 radələrində aldığı qüllə yarasından ölüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi dünən cəbhədə 5 erməni hərbçinin məhv edildiyi barədə məlumat yayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar