13 min Ukrayna vətəndaşı Aİ ölkələri ilə vizasız rejimdən istifadə edib

Təxminən 13 min Ukrayna vətəndaşı Avropa İttifaqı (Aİ) ölkələri ilə sərhədi vizasız keçib.

"Report" UNN-ə istinadən xəbər verir ki, cəmi 17 imtina halı qeydə alınıb.

Ümumiyyətlə, vizasız rejimin tətbiqindən bəri Aİ ölkələri ilə sərhədi 365 mindən çox Ukrayna vətəndaşı keçib. Onlardan 12875 nəfəri məhz vizasız rejimin üstünlüklərindən faydalanıb və sərhədi biometrik pasport ilə keçib.

Vizasız rejimlə hərəkət edərək Avropaya gedənlərdən 3750 vətəndaş, başqa sözlə, 29% hava nəqliyyatından istifadə edib. Digərləri isə ya qatarla gedib, ya da sərhədi avtomobil buraxılış məntəqələrindən keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar