Ayaz Mütəllibov Fuad Musayevin dəfnində

Bakının Təzəpir məscidində bir neçə gün əvvəl Moskvada vəfat edən Fuad Musayevlə vida mərasimi keçirilib.

“AzPolitika” Virtualaz.org-a istinadla bildirir ki, mərasimdə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov, sabiq baş nazir müavini, deputat Vahid Əhmədov və 90-cı illər dövrünün bir çox məşhur partiya və dövlət xadimləri iştirak ediblər.

Fuad Musayev “Qurd qapısı” qəbiristanlığında atası Ənvər Musayevin yanında dəfn ediləcək.

Xatırladaq ki, Fuad Musayev Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Nazirlər Kabineti sədrinin müavini olub. Fuad Musayev 1983-dən 1988-ci ilə qədər Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iqtisadiyyat və tikinti üzrə katibi vəzifələrində işləyib.

Azərbaycanın müstəqilliyi illərində Fuad Musayev Azərbaycan Futbol Federasiyasının prezidenti seçilib və uzun illər ona başçılıq edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar