Səudiyyə hərbçiləri İranın balıqçı qayığını atəşə tutub! - Bir nəfər həlak olub…

baliqci«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fars körfəzində güclü dalğalanma səbəbilə, İrana məxsus iki balıqçı qayığı istiqaməti itirib və Səudiyyə Ərəbistanının ərazi sularına düşüb.

Ərəblərin sahil mühafizə xidməti «sərhəd pozucuları»nı dərhal qeydə alıb və onlara atəş açıb.

«Press TV» telekanalının məlumatına görə, atəş nəticəsində balıqçılardan biri həlak olub.

İran İslam Respublikasının (İİR) daxili işlər nazirliyi (DİN) informasiyanı təsdiqləyib və bəyan edib ki, Səudiyyə Ərəbistanı vaxtından əvvəl atəş açıb.

«İran qayıqlarının Səudiyyə sərhədlərini pozduğu müəyyən olunmadan, bu ölkənin sahil mühafizə xidməti atəş açıb, nəticədə bir iranlı balıqçı öldürülüb» - deyə, nazirlik bəyan edib.

Hazırda İran tərəf qayıqların sərhədi pozub-pozmaması məsələsini araşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar