«ABŞ-ın yeni sanksiyaları Rusiyanı dalana dirəyə bilməyəcək» - Putin

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni sanksiyaları Rusiyanı dalana dirəyə bilməyəcək, amma ikitərəfli münasibətləri mürəkkəbləşdirəcək.

«Cavab tədbirlərindən danışmaq hələ tezdir» - deyə, Putin «Vesti v subbotu» proqramına verdiyi müsahibədə qeyd edib.

Məlumat üçün bildirək ki, bu həftə ABŞ konqresinin senatı Rusiyaya qarşı sanksiya rejimini sərtləşdirmək barədə qanun layihəsini təsdiqləyib. İndi sənədi nümayəndələr palatası qəbul etməlidir. Bundan sonra o, imzalanmaq üçün Prezidentə təqdim olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar