80 yaşlı kişi özündən 27 yaş kiçik arvadını baltaladı

Dərc olunub: 19/06/2017 - 09:10

c7cb9057777f196b35070237e0c263c0Lənkəranda qətl hadisəsi baş verib.
“Report”un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, Lerik rayon, Mastail kənd sakini, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlixan oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.


loading...




Fikrinizi bildirin