NİGAR CAMALDAN YOL POLİSİNƏ AĞIR SÖZLƏR - "Qudurublar..." + VİDEO

İki gündə maşınını altı dəfə saxladılar. O da əsəblərini cilovlaya bilməyib, etirazını sosial şəbəkədə dilə gətirdi.

APA TV-nin məlumatına görə, söhbət Azərbaycanı “Eurovision” yarışmasında təmsil edən müğənni Nigar Camaldan gedir.

Bir neçə gün əvvəl qarşılaşdığı hörmətsizlik ifaçını özündən çıxarıb. Ona görə də Nigar Camal DYP işçilərindən narazıdır: “Beşinci gün Londondan gəlmişəm. İki gün ərzində məni 6-7 dəfə saxlayıblar. O qədər hörmətsiz danışıblar ki, mənimlə. Biri var qaydanı pozam, qanunu pozanda deyirəm ki, cəriməni yazın, ödəyəcəyəm”.

* * *

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinın bölmə rəisi polis polkovniki Vaqif Əsədov tanınmış müğənni Nigar Camalın fikirlərinə münasibət bildirib.

V.Əsədov “Report”a deyib ki, Nigar Camalın şəxsi “facebook” hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırılma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb: “Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün ilk növbədə Bakı Şəhər BPİ DYP-yə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Eyni zamanda, qeyd etmək istəyirik ki, statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə, bizə ətraflı məlumat verməsi lazımdır. İstənilən vətəndaş, o cümlədən Nigar Camal üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı bizi məlumatlandıra bilər və böyük məmmuniyyətlə onları dinləməyə, zəruri tədbirlər görməyə hazırıq. O ki, qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik, bu, düzgün və inandırıcı deyil”.

****

 

Azərbaycanlı müğənni Nigar Camal Dövlət Yol Polisinin əməkdaşlarından şikayətçidir.

Ölkə.Az xəbər verir ki, 56-cı “Avraviziya” Mahnı Müsabiqəsinin qalibi bu barədə şəxsi “facebook” hesabında status yazıb.

37 yaşlı müğənni DYP əməkdaşlarından narazılığını belə ifadə edib:“DYP – axır zamanlar çox qudurublar!. Daha susmaq istəmirəm. İdeal olmasa da, mən həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə, maşın sürmək mümkün deyil. Yolda “inomarka” görən kimi arxasınca sürüb, saxlatdırırlar. İlk olaraq, kobud tonda kəmərə ilişir. Sonra da alkoqola. Əmin edirsən ki, alkoqol qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı cərimə meydançasına götürməliyik. “Cərimənizi ödəyin” demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən.

Səhər yenə saxlayırlar. Düşündük ki, yenə kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki bəs siz polisin “saxla” əmrinə vaxtında əməl etməmisiz. Kəmər, telefon, indi də sizin “müqəddəs taxta”nız? İzah edirəm ki, yolda maşın onsuz da çoxdu, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar