Ramazan bayramında əfv olacaq?

“Əfv sərəncamının verilməsi cənab Prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Amma yaxın günlərdə əfv sərəncamının imzalanacağı gözlənilmir”.

Bu haqda Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü fikirlərini aşağıdakı kimi əsaslandırıb:

“Nəzərə alsaq ki, sonuncu əfv sərəncamı mart ayında verilib və 423 nəfər əfvə düşüb, onda belə tez-tez sərəncam imzalanacağını gözləmirəm. Eyni zamanda, əfv sərəncamı verilməzdən əvvəl Komissiyanın iclasları olmalı, işlərə baxılmalıdır. Bu günlərdə Komissiya toplanmayıb və yaxın günlərdə də iclaslarla bağlı hər hansı məlumat yoxdur”.

O qeyd edib ki, istənilən halda sonuncu söz prezidentindir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar