Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Bu barədə "APA-Economics" Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur.

Qeyd edək ki, 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar