MİLLİ KİMLİYİ İLƏ ÖYÜNƏN “NOBEL”çi: Aziz Sancar fenomeni

Məhəmməd Talıblı

İnsan diqqətcil olsa, maraqlı insanla ünsiyyətdə mütləq mənada bir və ya bir neçə vacib keyfiyyəti görə bilməlidir. Hər dəfə Nobel mükafatçıları ilə görüşdə qeyri-adi bir düşüncə sistemi diqqətimi çəkir. Bu mənada hər hansı bir fenomenal şəxsiyyətlə üz-üzə qaldığımızın fərqində olmalıyıq. Və həmin məsuliyyəti dərk edilməsindən başlayır məncə hikmət axtarışı. Bu dəfə də belə oldu.

2015-ci ildə kimya üzrə Nobel sülh mukafatına layiq görülmüş Türk dünyasının fərx olunası insanı Aziz Sancarla bir neçə saatlıq görüşdə diqqətimi iki məqam çəkdi. Həmin görüşə qədər onunla bağlı çoxlu sayda mənbələrdən bir çox şeylər oxumuşdum. Amma görüşdə Aziz bəyin söylədikləri ilə haqqında oxuduqlarımı sistemləşdirəndə onun obrazını xarakteriza edən iki mühüm məqamı özüm üçün dəqiqləşdirdim. Bunun birincisi, yorulmaz tədqiqatçı və özünə yüksək inamı olan insan kimi zəif dil bilgisinin onun ayağından ağır daş tək asılması və sonda ona qalib gəlməsi ilə bağlıdir. Fransız dilini zəif bilən və ondan da aşağı səviyyədə ingilis dilisi olan insan üçün ABŞ-da və İngiltərədə elmi araştırmalara can atmaq asan iş deyildi. Həmin illərdə (1970-75) dünya fikir xəzinəsini tərcüməçisiz oxuya bilməyən bir insan, məhz inadkarlığı nəticəsində sonradan oraya dünyanın öz dilində heç bir tərcüməçiyə ehtiyac duymadan özünün mətnlərini yazmağı bacardı. Dünya insanı olmasına aparan yol görünür dünya dilinə vaxtında yiyələnməsindən keçirmiş.

İkincisi, Aziz Sancarın aydın milli kimliğinin olması (onunla fəxr etməsi), millətçi baxışını qabartması və Atatürk ruhuna sayğısı ilə seçilməsi oldu. Bu haqda bəzi müqayisələr aparmağa çalışdım.

Ədəbiyyat üzrə 2006-cı ildə “Nobel” mükafatı almış Orxan Pamuk özünün əsərlərində Türk milləti ilə bağlı daha çox mənfi səhnələri qabardaraq ona həqarət yağdıran nüansları önə çəkib. Hətta mütəxəssislər hesab edirlər ki, O.Pamukun bu mükafata layiq görülməsində kosmopolit düşüncəsi və türk milləti haqqında aşağılayıcı bəzi qeydləri az rol oynamayıb. Hətta çağdaş Türkiyə ədəbi nəslində ondan xeyli parlaq simalar az deyil. Amma onlar “Nobel”çi deyillər.

Bu müqayisələri düşüncəmdə canlandıran zaman hər iki “Nobel”çinin Stolkholumda Nobel nitqlərini yenidən nəzərdən keçirdim. Orxan Pamukun “Atamın çantası” (“Babamın bavulu”) və Nobel bioqrafiyasına yenidən baxdım. Görünür “Nobel” mükafatı haqqında bəzən də yaradılan yanlış təəsuratın təsiri altında öz milli mənsubluğuna baxmayaraq güya ədalətli mövqeni paylaşırmış kimi kosmopolit mövqe bu mükafata yaradıcı insanları daha çox yaxışlaşdırır. Belələrinin şanslarını artırır.

Görünür yaradılan bu streotipin təsiri altında 70-ci illər ədəbi nəslinin vaxtı ilə parlaq nümayəndəsi sayılan Əkrəm Əylisli də həmin xətdən çıxış edərək öz adlarını tarixə yazdırmaq kimi bir ambisioz hədəflə “Daş yuxuları”nı yazmağa girişmişdi. Bu mənada Əkrəm Əylislinin “Nobel” almaq üçün “Daş yuxuları” romanı ilə Orxan yolunun uğurunu təkrarlamağa edilən cəhd kimi də qiymətləndirmək olar.

Amma neqativ nümunələrlə yanaşı milli kimliyi dimdik ayaq üstə saxlayan və onu qürur mənbəyinə çevirən Aziz sançar nümunəsi də var. Əslində gerçək “Nobel”çilər həm mükafatdan, həm də lokal maraqlardan ucada duran insan olmalıdır. Dar çərçivələrlə əhatələnmiş və lokal maraqların daşıyıcısı olan insan deyil, məhz bəşəriyyətin inkişafına xidmət edən dünya nəhəngləri sayılacaq bir insan olması əsasdır. Amma bütün bunlar bir millətə mənsubluğunu və onun üstünlüyünü qabardan bir düşüncənin inkarı mənasına gəlmir.

Bu mənada Aziz Sancarın milli təəsübkeşliyinə, millətiçi düşüncəsinə və cümhuriyyət dəyərlərinə içdən gələn sayğısına hörmətlə yanaşmamaq mümkün deyil. Dünyadakı milli mənsubiyyətin qabardılması kimi “Nobel”çilərə yad keyfiyyət kimi təqdim olunmasına baxmayaraq Aziz bəy ictimai qınaqdan çəkinməyərək sanki selin əleyhinə axırmış kimi cəsarətlə deyir: “Millətçilik dəbdə deyil, amma mən millətçiyəm.”

Nəzərə almaq lazımdır ki, A.Sancarın düşüncəsində bir günlük millətçi düşüncələr özünə yer eləmədi. Görünür hər bir insanın yaddaşında inkişafı təşviq edən hansısa əlamətdar hadisənin olması mühüm rol oynayır. A.Sancar bununla bağlı Nobel bioqrafiyasında yazır: ”2004-cü ildə John Bucringhamın kimya tarixi haqqında yazdığı “Molekulun arxasınca” adlı mükəmməl kitabında oxudum. Benzolfestin əsas mövzusu, kimyanın və ümumilikdə elmin bayram edilməsi məni heyran etdi. Ancaq bununla yanaşı, həmin dövrdə Avropalıların və göründüyü kimi əsərin müəllifinin “Türk imperiyasının bölüşüdürülməsi” haqqında özündən razı yanaşması mənə toxundu. Bu iki məsələ, elm və türk milləti (Osmanlı imperiyası və Türkiyə ) məsələləri, sıralamadan asılı olmayaraq, özümü tanıyandan bəri düşüncəmdə hakim mövqedə olmuşdur. Mən türk vətənpərvəri kimi böyüdüm və indi də beləyəm. Eyni zamanda da təxminən 10 yaşımdan başlayaraq elm adamı olmağı hədəflədim və sonra da buna nail oldum.”

Aziz Sancar 1971-ci ildə Hopkins Universitetində doktoranturaya qəbul olunan zaman oradaki mühitə adaptasiya olunması ilə bağlı qarşılaşdığı problemlər sırasında ünsiyyət probleminin olduğunu qeyd edirdi. Buna əlavə olaraq isə millətçi tərzdə yetişməsinin də xüsusi rol oynamışını əlavə edirdi. Belə olduğuna görə insanlar ondan ayrı gəzirdi. Ona görə, Hopkinsi tərk edərək Türkiyəyə-Savura qayıdır. Daha yetkin və yüksək ingilis dili səviyyəsi ilə ABŞ-a qayıdır. Görünür ona görədir ki, sonradan A.Sancar özünün dəyərli düşüncəsi sırasında bu fikri də xüsusi olaraq yazmışdı: “Mənim inamıma görə uğurlu elm adamı üç əsas xüsusiyyəti özündə birləşdirməlidir: biliyə əsaslanan yaradıcılıq, intensiv çalışmaq və uğursuzluq qarşısında əzmini itirməmək.”

Amma Aziz Sancarın təkcə bir mütəxəssis keyfiyyətindən başqa, onun milli kökə bağlı olması ilə bağlı fikirləri çox ibrətamizdir. Aziz Sancar deyir: “Atatürk və Respublika rejimi olmasaydı, Mardin Savurlu Aziz heç vaxt Nobel ala bilməzdi, buna görə də Nobel mükafatını Atatürkün movzeleyinə hədiyyə edirəm.”

Türkiyə adına və Atatürk ruhuna bundan böyük ərmağan yəqin ki, ola bilməz. Nobel mükafatı üçün yazdığı bioqrafiyasında Atatürkün həyatında oynadığı rolu belə qiymətləndirən Aziz bəy yazır ki, Mustafa Kamal Atatürk, işğalçı Avropa dövlətlərinə qarşı modern Türkiyə Cumhuriyyətinə yol açan Qurtuluş Savaşını idarə etdi və qazandı. Demək, Aziz Sancarın hədəfində təkcə kimya elmində yenilik etmək və dar ixtisaslaşmaya sərf etdiyi 40 illik zəhmətin bəhrəsi deyildi. Tarixə ekskursiya edərək milli kimliyi fəxarətlə ifadə edəcək keçmişdən gələn əzablı tarix səhnələrini çağdaş tarixçilərin diqqətinə çatdırmaqdır. Burada isə həm elm var, həm tarix. Aziz Sancarın elmdə dediyi sözdən çıxardığımız dərslər var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar