Yaponiyadan Cənubi Kurilə çarter reysi baş tutmadı

kurilAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyadan Cənubi Kurilə nəzərdə tutulmuş ilk çarter reysi, əlverişsiz hava şəraiti səbəbilə, baş tutmayıb.

Adaya, əcdadlarının məzarlarını ziyarət etmək istəyən yaponların uçması nəzərdə tutulmuşdu. Əvvəlca uçuş mayın 18-ə planlaşdırılsa da, sonradan mayın 19-a keçirilib. Nəticədə, Kunaşir adasındakı Mendeleyev aeroportunda güclü duman olduğu səbəbilə, reys tamamilə təxirə salınıb.

Cari il ərzində yaponların Cənubi Kurilə yeni səfərinin təşkili məqsədilə Yaponiya hökuməti Rusiya tərəfi ilə yeni məsləhətləşmələr aparmaq niyyətindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar