Vaqif Əsədovdan Nigar Camalın fikirlərinə münasibət - "Bu, düzgün və inandırıcı deyil"

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinın bölmə rəisi polis polkovniki Vaqif Əsədov tanınmış müğənni Nigar Camalın fikirlərinə münasibət bildirib.

V.Əsədov “Report”a deyib ki, Nigar Camalın şəxsi “facebook” hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırılma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb: “Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün ilk növbədə Bakı Şəhər BPİ DYP-yə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Eyni zamanda, qeyd etmək istəyirik ki, statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə, bizə ətraflı məlumat verməsi lazımdır. İstənilən vətəndaş, o cümlədən Nigar Camal üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı bizi məlumatlandıra bilər və böyük məmmuniyyətlə onları dinləməyə, zəruri tədbirlər görməyə hazırıq. O ki, qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik, bu, düzgün və inandırıcı deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar