Səudiyyə Ərəbistanı İran gəmisinə atəş açdı - Bir nəfər ölüb

Körfəzdə Səudiyyə Ərəbistanının sahil sularına qanunsuz olaraq daxil olan İrana məxsus gəmiyə krallığın Sahil Mühafizə Xidməti əməkdaşlarının açdığı atəş nəticəsində bir iranlı öldürülüb.

“Tehran Times” xəbər verir ki, bu haqda İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, İrana məxsus iki gəmi Körfəzdə balıq tutarkən, güclü dalğa nəticəsində gəmilərin hərəkət istiqaməti dəyişib: "Səudiyyə Ərəbistanı sərhədçilərinin açdığı atəş nəticəsində iranlı bir balıqçı ölüb".

İran tərəfi gəmilərinin Səudiyyə Ərəbistanının su sərhədini pozub-pozmaması məsələsini araşdırdığını bildirib. /"Report"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar