“Bloomberg”də dollar manat qarşısında bahalaşdı

euro-dollar-forecastİyun ayının 19-da banklararası ticarətdə dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6903 manat kursu ilə başlayıb və 1.6916 manata qədər yüksəlib. Başqa sözlə, dollar manat qarşısında 0,33% dəyər qazanıb.

Qeyd edək ki, sonuncu dəfə “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar