Lvovda Rusiya bankının şöbəsi yandırılıb

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Lvov şəhərində (Ukrayna) naməlum şəxslər iki Rusiya bankının yerli şöbəsinə yanar maddə ilə dolu butılka atıblar. Bu barədə Lvov şəhər sövetinin deputatı İqor Zinkeviç xəbər verib.

«Köhnə bazar meydanı 8, «BM Bank»da yanğın. Yanğınsöndürənlərin sözlərinə görə, naməlum şəxslər bankın pəncərəsinə butılkaya oxşar predmet atıblar. Nəticədə, sözügedən tikilidə yanğın baş verib. Yanğını söndürmək mümkün olub» - deyə, deputat özünün «Facebook» səhifəsində yazıb.

Qeyd olunur ki, yanğın nəticəsində zərər çəkən olmayıb, ancaq tikili bərk yanıb.

Bundan başqa, Nizmennaya küçəsində yerləşən «VS Bank»-a da yanar maddə ilə dolu butılka atılıb. Butılka qırılıb, amma yanğına səbəb olmayıb.

«BM Bank» - VTB qrupunun törəmə müəssisəsidir, «VS Bank» isə «Sberbank»ın «qızı»dır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar