Rusiya mafiyası Suriyada kimyəvi silah hazırlayır? - «CNN» iddia edir

Dərc olunub: 19/06/2017 - 17:14

66«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «CNN» telekanalı iddia edir ki, Rusiya mafiyası Suriyada kimyəvi silah hazırlanması prosesi ilə əlaqəli ola bilər.

Söhbət «Klyüyev qrupu» deyilən qruplaşmadan gedir. «Hermitage Capital» fondunun mərhum hüquqşünası Sergey Maqnitskinin məlumatına görə, sözügedən qrup Rusiya büdcəsindən böyük məbləğdə vəsaitin oğurlanması ilə əlaqəlidir.

«CNN» kanalının xəbər verdiyi kimi, üzərindən, oğurlanmış pulların yuyulması prosesinin həyata keçirildiyi şirkətlərdən biri 900 min dollardan artıq pulu Bəşər Əsəd üçün kimyəvi silah hazırlığını maliyyələşdirən firmanın hesabına köçürüb.

ABŞ hakimiyyət dairələrinin məlumatına görə, «Klyüyev qrupu»nun tərkibinə sabiq və fəaliyyətdə olan daxili işlər, vergi orqanları və Federal Təhlükəsizlik Xidməti (FTB) əməkdaşları daxildir.


loading...


Fikrinizi bildirin