Türkiyə ilə ABŞ arasında nəhəng anlaşma

Satışın ümumi məbləği 37 milyard ABŞ dolları olacaq

Silah istehsalı ilə məşğul olan ABŞ-ın "Lockheed Martin" şirkəti, aralarında Türkiyənin də olduğu 11 ölkəyə, ümumilikdə 440 ədəd "F-35" qırıcı təyyarəsinin satışının son mərhələsinə gəlib. Sputnik Azərbaycan haberler-ə istinadla xəbər verir ki, satışın ümumi məbləği 37 milyard ABŞ dolları olacaq.

Mənbələr bunun "F-35" qırıcı təyyarəsi üzrə ən böyük razılaşma olduğunu vurğulayır. 2006-ci ildən bəri istehsalı başlayan gözəgörünməz təyyarələr, yenilənmiş son halı ilə bu həftə Paris Aviasiya Sərgisində nümayiş etdiriləcək. 440 ədəd qırıcı təyyarənin üç mərhələdə təhvil veriləcəyi bildirilir.

Ötən həftə "F-35" almaq istəyən 11 ölkənin rəsmiləri ABŞ-ın Meriland əyalətindəki Baltimor şəhərində bir araya gəlmişdilər. Aralarında Türkiyənin də nümayəndəsinin olduğu ölkələrin sırasına Avstraliya, Danimarka, İsrail, İtaliya, Yaponiya, Hollandiya, Cənubi Koreya, Böyük Britaniya və ABŞ-ın özü daxildir. İlk çatdırılmanın 2020-ci ilə planlaşdırıldığı danışıqlara görə, hər "F-35" qırıcı təyyarəsi üçün ilk 88 milyon dollar ödəniləcək. Beləliklə, bu, "F-35" təyyarələri üçün tarixin ən ucuz razılaşması olacaq. Qeyd edək ki, "F-35" beşinci nəsil döyüş təyyarəsi olaraq bilinir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar