Rövnəq Abdullayevin birinci kursda oxuyarkən çəkilən – FOTOSU

Rovneq ABDARDNŞ prezidenti Rövnəq Abdullayevin maraqlı gənclik fotosu üzə çıxıb.

Strateq.az xəbər verir ki, foto düz 35 il əvvəl – 1982-ci ildə çəkilib. O vaxt Rövnəq Abdullayev İnşaat Mühəndislər İnstitutunun I kursunda oxuyurmuş və institutun yataqxanasında qalırmış. 1983-cü ildə isə o, hərbi xidmətə yollanıb və 1985-ci ildə ordu sıralarından qayıtdıqdan sonra köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib…

Fotonu redaksiyaya göndərənlərin yazdığına görə, şəkildəki soldakı şəxs – Rövnəq Abdullayevin Bakıda yataqxanada qaldığı zaman onunla otaq yoldaşı olmuş, Şəkidə doğulan Azər Həmidovdur.

Azər Həmidovun hazırda Şəkidə tikinti sektorunda çalışdığı, ancaq Rövnəq Abdullayevlə hər hansı əlaqəsinin olmadığı və yanlış anlaşılar deyə, heç onu axtarıb tapmağa səy göstərmədiyi də qeyd olunub.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar