“Bulaq” restoranındakı atışma ilə bağlı məhkəmə prosesi davam etdirilib

Dərc olunub: 19/06/2017 - 18:22

sud_court_260815Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilən 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fuad Əsgərov ifadə verib. Təqsirləndirilən şəxs bildirib ki, hadisə yerində mübahisə edib və o 3 güllə yarası alıb. Ancaq kim tərəfindən güllələndiyini görməyib.

İttiham aktında qeyd edilir ki, Fuad Əsgərov “Bulaq” restoranından aylıq qeyr-qanuni pul alırmış və növbəti dəfə pul almağa gələndə restoranın icarədarları ilə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində ona atəş açılı, ayaq və bədəninin digər nayihələrindən 3 güllə yarası alıb.

İş üzrə növbəti məhkəmə prosesi iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynov və digər 2 nəfər tutulub.

Xatırladaq ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.


loading...


Fikrinizi bildirin