Növbəti Astana görüşünün vaxtı açıqlandı

Suriyada vəziyyətin nizamlanmasna dair növbəti görüş Astanada iyulun 4-5-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.

A.Jaynakov deyib ki, həm Rusiya, həm Türkiyə, həm də İran tərəfinin həmin tarixdə görüşün keçirilməsi barədə razılığı alınıb.

Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Astana danışıqlarının budəfəki mərhələsində əldə olunmuş əvvəlki razılaşmaların necə yerinə yetirilməsi və vəziyyətin normallaşdırılması istiqamətində atılacaq növbəti addımlar müzakirə ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar