Rusiyanın "Rifah" və "Ehtiyat" fondlarının birləşdirilməsi müzakirə edilir

"Büdcə kəsirinin maliyyələşdirilməsi üçün vahid mənbənin yaradılması məqsədilə "Rifah" və "Ehtiyat" fondlarının birləşdirilməsi məsələsinə baxılması istisna edilmir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov BRİCS ölkələri maliyyə nazirlərinin Şanxay sammitində deyib.

Nazir bildirib ki, "Rifah" fondunun vəsaitlərinin bir hissəsi infrastruktur layihələrinin maliyyələşdirilməsi, geri qalanı isə "Ehtiyat" fondu ilə büdcə kəsirinin maliyyələşdirilməsi kimi eyni vəzifəni daşıdığından onların birləşdirilməsi istisna edilmir.

A.Siluanov bunun üçün qanunvericiliyə dəyişikliklər edilməsi gərəkdiyini, lakin hökumətlə hələlik bu mövzuya toxunmadıqlarını qeyd edib.

Nazir hələlik müzakirələrin Maliyyə Nazirliyinin daxilində getdiyini xatırladıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar