“Hyundai” avtosalondan alınan maşın çürüyür - FOTO

Binəqədi rayon sakini Hüseynov Davud Avosfer.az saytına müraciət edib.

Vətəndaş bildirib ki, Ziya Bünyadov prospektində yerləşən "Hyundai” avtosalondan 2013-cü ilin sonlarında "Geely” markalı avtomobil alıb. Çin istehsalı olan avtomobilə vətəndaş 18 min 500 manat pul ödəyib.

Bir neçə aydan sonra avtomobilin müxtəlif hissələrinə çürümə prosesi başlayıb. Bununla əlaqədar olaraq sürücü avtosalona müraciət edib. Onu Babək prospektində yerləşən digər bir servisə yönləndiriblər. Servisdə sürücüyə bildiriblər ki, ilk dəfədir belə bir vəziyyətlə qarşılaşırlar. Lakin buna baxmayaraq problem tezliklə həll ediləcək. Sürücü iddia edir ki, əlil olduğu və səhhətində problemlər olduğu üçün servisə tez-tez gedə bilmir. Şirkət isə onu süründürməçiliyə salır.

Avtomobil nə təmir edilimir, nə də dəyişdirilmir. Halbuki alınan zaman avtomobilə 3 il, yaxud 100 min km zəmanət verilib. Avtomobil isə cəmi 14 min km yol qət edib. Sürücü qeyd edir ki, onun probleminə biganə yanaşılır və çürümə prosesi davam edir.

Qeyd edək ki, avtomobilin bir neçə detalı dəyişsə də digərlərində çürümə prosesi davam edir

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar