Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 63 nəfərə çatıb

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 13-ü yanğınsöndürən olmaqla 135 nəfər xəsarət alıb, ağır vəziyyətdə olanlar var. İki nəfərin itkin düşdüyü bildirilir.

Portuqaliyanın daxili işlər naziri Konstanşa di Souzanın sözlərinə görə, hazırda ölənlərdən 24-ün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Hazırda ölkənin bir neçə bölgəsində güclü meşə yanğınları davam etməkdədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar