Bakıda məşqçi 12 yaşlı şagirdini döyüb?

Bakıda idman məktəbində xoşagəlməz hadisə baş verib.

Lent.az xəbər verir ki, Saleh Məmmədov adlı şəxs Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Naxçıvanski küçəsi 19 ünvanındakı idman məktəbində oğlu 12 yaşlı Rəşad məşqçisi tərəfindən döyülüb. Valideynin sözlərinə görə, məşqçi Məmməd Xudiyev oğlunu uşaqların yanında döyərək xəsarətlər yetirib.

Müraciət əsasında araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar