İŞİD-in "ali müftisi" məhv edilib - Beynəlxalq koalisiya

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in "ali müftisi" Turk Al-Bel-əlinin məhv edildiyini xəbər verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Koalisiya qüvvələri mayın 21-də Suriyanın Məyadin şəhərindəki bombardmanlar nəticəsində İŞİD-in qondarma ali müftisi Turk Al-Ben-əlini məhv edib" – deyə koalisiyanın xəbərində bildirilir.

Qeyd olunur ki, Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində, həmçinin bütün dünyanı terror aktları ilə təhrik etməkdə əsas rol oynayıb.

İŞİD terror qruplaşması hələlik xəbərə münasibət bildirməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar