ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ hökuməti Donbasdakı vəziyyətlə bağlı Rusiya və Ukraynanın 38 fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

“Bu tədbirlər, Moskvanın problemin diplomatik yolla həlli istiqamətində işlər görməsi üçün Rusiyaya təzyiqi qoruyub saxlayacaq. ABŞ administrasiyası Ukraynanın suverenliyinə zəmanət verən diplomatik prosesə sadiqdir. Rusiya Minsk razılaşmalarını icra etməyənədək sanksiyalar aradan qaldırılmayacaq”, - deyə nazir vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar