«Çin Şimali Koreyaya təsir göstərə bilmədi» - Donald Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Çin Xalq Respublikası (ÇXR) Koreya Xalq Demokratik Respublikasına təsir göstərə bilmədi.

Prezident bu barədə özünün «Tvitter»ində yazıb.

Bundan əvvəl Yaponiya kütləvi informasiya vasitələri (KİV) xəbər vermişdilər ki, ÇXR lideri Si Tszinpin Trampla görüşü zamanı Pxenyanı özünün nüvə-raket proqramını dayandırmağa inandırmaq üçün ondan 100 gün vaxt istəyib.

Bu arada, «CNN»-nin məlumatına görə, ABŞ kəşfiyyatı müəyyən edib ki, böyük ehtimalla, KXDR yeni nüvə sınaqlarına hazırlaşır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar