“ÇOVDAROVA DE, BU, BİRİNCİNİN GÖSTƏRİŞİDİR” – Tağı Əhmədov

tagi-ehmedov-mtn-akif-covdarov-azpolitika-sayti-702x401

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

A. Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırıb. Çovdarovun vəkili Sadiq Rəsulov açıqlamasında bildirib ki, hakim Həbib Həsənov vəkillərin Tağı Əhmədova suallar verməsinə imkan verməyib: "Akif Çovdarov da Tağı Əhmədovun prosesdə qalmasını və ona suallar vermək istədiyini dedi. Hakim bunu təmin etmədi. Biz ondan "44 illik əmək haqqı" olduğunu dediyi 3 milyon manatın mənbəyini soruşmaq istədik, hakim buna imkan vermədi. Biz 2006-cı ildən bəri Tağı Əhmədovun illik əmək haqqı haqda çıxarış almışıq. Tağı Əhmədovun qazancı illik 20-25 min manat olub. Bu da heç bir halda 3 milyon etmir".

Sadiq Rəsulov qeyd edib ki, Tağı Əhmədov istintaqa ifadəsini təsdiqləyib. Lakin onun məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətlər olub: "Tağı Əhmədov istintaqda MTN əməkdaşı Rəsul Rəsulovla martın 26-da görüşdüyünü deyib və Rəsul Rəsulovun ondan 3-5 milyon manat pul tələb edildiyini bildirib. Tağı Əhmədov pulu düzəldib Çovdarova göndərib. Oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov da pulu martın 26-27-də verdiklərini deyiblər. Anket məlumatlarında isə Tağı Əhmədovun həmin vaxt o ərazidə olmadığı bəlli olub. Sərhəd Xidmətinə verilən sorğumuza cavabda məlum olub ki, martın 26-da Tağı Əhmədov Dubayda olub".

Vəkilin sözlərinə görə, Tağı Əhmədov onun dediklərinə münasibət bildirməyib: "İstintaqda elə söz demədiyini dedi. Bu vaxt da hakim ona çıxıb getməsi göstərişini verdi, o da zaldan çıxdı".

Sadiq Rəsulov deyib ki, Tağı Əhmədov Eldar Mahmudov işdən çıxan günü Rəsul Rəsulova SMS yazıb: "O, Rəsula "Akif Çovdarova de pulu qaytarsın, bu, birincinin göstərişidir" yazıb. Biz birinci deyəndə kimi nəzərdə tutduğunu soruşduq. O isə "birinci özüməm, özüm özümə göstəriş vermişəm" dedİ,

Prosesdə Akif Çovdarov Tağı Əhmədovdan düz danışmasını tələb edib: "8 il sənin kuratorun olmuşam. Bir dəfə də sənlə aramda telefon danışığı olmayıb".

T.Əhmədov da bunu təsdiqləyib.

* * *

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə "Bakı Metropolitieni" ASC-nin sabiq rəisi Tağı Əhmədovun zərərçəkmiş qismində ifadə verəcəyi gözlənilir. T. Əhmədov bu gün məhkəməyə gəlib və iclasda iştirak edir.

Prosesdə T. Əhmədov dindirilib. İclasdan sonra T. Əhmədov jurnalistlərə açıqlama verməyib və sualları cavablandırmayıb. O, "sağ olun" deməklə kifayətlənib.

Zərərçəkmiş şəxslər isə bildiriblər ki, Akif Çovdarov iclasda geniş ifadə verib. Vəkillər ondan hansısa tələblərinin olub-olmamasını soruşublar. O, dəymiş ziyanın ödənilməsini istəyib:"Leyli Məcnunu hamı oxuyub. Orada Məcnun nə istəyir hamı bilir. Mən də verdiyim pulu Akif Çovdarovdan istəyirəm. Mən Eldar Mahmudovun köməkçisi ilə danışırdım. O, bildirdi ki, mənə nəzarəti Akif Çovdarova tapşırıblar. Bundan sonra Akif Çovdarov məndən bahalı maşınlar almağımı istədi ".

Tağı Əhmədov əlavə edib ki, Akif Çovdarov ondan MTN üçün 10 "Gelandewagen" markalı avtomobil alınmasını istəyəndə yox deyib. T. Əhmədov ona 3 milyon manat ziyan dəydiyini, həmin məbləğin ödənilməsini istəyib.

"Mən Eldar Mahmudova zəng elədim. Amma telefonu açmadı. Köməkçisinə danışdım. Mənə dedi ki, "nazir sizin işinizi Akif Çovdarova tapşırıb". Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq"- deyə Tağı Əhmədiv əlavə edib.

Prosesdən sonra A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, T.Əhmədov dindirilərkən müdafiəçilərin ona ünvanlanan suallarından yayınıb.

Daha sonra iclasda T.Əhmədovun oğku Ruslan və qardaşı oğlu Əli Əhmədov dindilib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

[gallery ids="332805,332806,332807"]

Xatırladaq ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar