Cəlilabadda yanğının əhatə dairəsi genişlənib – Xəsarət alan var (FOTO) 

Dərc olunub: 21/06/2017 - 20:05

b4188a47-8f93-4447-bf75-2ec4b2291a75_292

Cəlilabadda baş verən yanğının əhatə dairəsi genişlənib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib.

Artıq 10 mağaza yanaraq sıradan çıxıb. Yanğın zamanı bir nəfərin xəsarət aldığı deyilir.

* * *

Cəlilabad rayonunda “İran bazarı” kimi tanınan bazarda güclü yanğın başlayıb. Bu barədə “Report”a rayon sakinləri məlumat veriblər.
Bazarda başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunublar.
Hava küləkli olduğundan alovu hələlik ram etmək mümkün olmayıb, hazırda yanğın davam edir.
“İran bazarı”nda yanğın məişət əşyalarının satışı yerindən başlayıb.
İlkin məlumata görə, tüstüdən zəhərlənmə və yanğından xəsarət alma halları hələ ki, qeydə alınmayıb.












loading...


Fikrinizi bildirin