İrəvanda üsyan çağırışı: “Silahlanın, Serji və bandasını fiziki məhv edin”

serj-sarkisyanErmənistanda ötən ilin iyul ayında polis polkunun binasını ələ keçirmiş “Sasna Tsrer” silahlı qruplaşmasının işi üzrə məhkəmədə qalmaqallı çağırış səslənib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qrupun üzvü Varujan Avetisyan silahlı üsyana və prezident Serj Sərkisyanı fiziki məhv etməyə çağırıb.

“Mən üsyana çağırıram, silah götürün və Serji, onun bandasını fiziki məhv edin”-Avetisyan İrəvanın Nor Norkinzibati rayon məhkəməsində keçirilən proses zamanı çağırış edib.

Məhkəmə prosesi kifayət qədər gərgin keçir və tez-tez zalda qarşıdurmalar yaranır. Proses zamanı qrup üzvlərinin vəkilləri hakimin qanunsuz hərəkətlərinə etiraz ediblər. Bu vaxt Varujan Avetisyan da silahlı üsyana çağırış edib və hakim onun prosesdən kənarlaşdırılmasına dair qərar verib. Fasilədən sonra onu yenidən zala qaytarıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar