Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir

Son günlər mediada jurnalistlər üçün tikilən binaya göz dikənlərlə bağlı silsilə yazılar yayımlanır. Bir sıra dövlət qulluqçuları, vəzifəsi olan şəxslərin müftə mənzil istəyi tənqid olunur.

Onların sırasına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da qoşulub.

Komanda.az-ın məlumatına görə, Məmmədova mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edib. Tələb olunan sənədləri artıq KİVDF-yə təqdim edən nazirlik sözçüsü Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binada mənzil alacağına ümidlidir.

Məsələ ilə bağlı Səmayə Məmmədovanın reaksiyası sərt olub: “Sizə nə? Nazirliklə bağlı suallarınız varsa, buyurun. Məni işdən kənar suallarla narahat etməyin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar