O bölgədən geri çəkildilər - Əsədə ağır zərbə

Suriyanın paytaxtı Dəməşqin Cobar məhəlləsinə doğru hücuma keçən Əsəd qüvvələri müxaliflərlə atışmada itki verərək geri çəkilib.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinə Feylak ər Rəhman qruplaşmasının komandanı Əhməd Ubeyda məlumat verib.

“Rejim ordusu 3 gündür ki, Cobara aktiv hücumlar təşkil edir. Bu gün məhəllənin ətrafında şiddətli atışmalar baş verib. Əsəd qüvvələri 400 raketlə həmlə etdi. Daha sonra məhəlləyə 40-dan çox aviazərbə endirildi. Rejimə məxsus 25 hərbçini zərərsizləşdirdik. Bir tank da məhv edildi”, - komandan bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar