Goranboyda sel suları fəsadlar yaradıb

Son günlər respublikanın Qərb bölgəsinə yağan güclü leysan yağışları Goranboyda fəsadlara səbəb olub.

"Report"un Qərb bürosu xəbər verir ki, güclü yağışlar nəticəsində rayon ərazisində keçən Kürəkçayda suyun səviyyəsi artaraq daşıb.

Sel suları rayonun Nadirkənd və Qazancı kəndlərində ciddi fəsadlar yaranıb, əkin sahələrinə və təsərrüfata ciddi ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində də problemlər yaranıb. Bir neçə evin həyətyanı sahəsinə də sel suları dolub.

Hazırda təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar