"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb" - Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens cümə axşamı xəbərdarlıq edərək bildirib ki, Şimali Koreyaya qarşı "strateji səbr erası artıq başa çatıb".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu Vaşinqtonda Uilson Mərkəzində çıxışı zamanı deyib.

"İş Şimali Koreyaya gəldikdə, bu administrasiya üçün strateji səbr erası başa çatıb", - deyə vitse-prezident qeyd edib.

Onun sözlərinə görə, dözülməz Şimali Koreya rejimi Asiya-Sakit okeanı regionunda təhlükəsizlik üçün əsas təhlükə mənbəyidir".

Pens qeyd edib ki, ABŞ prezident Donald Trampın rəhbərliyi altında regiondakı müttəfiqləri və Çin ilə birgə Şimali Koreyaya qarşı iqtisadi və diplomatik təzyiqlərin gücləndirilməsi üzərində işi davam etdirəcək".

"Şimali Koreya öz nüvə və ballistik proqramlarından birdəfəlik əl çəkməyincəyə qədər biz bunu davam etdirəcəyik", — deyə vitse-prezident bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar