"Baltik üzərində hərbi təyyarələrin manevri böyük fəlakətlə nəticələnə bilər!" - Litvanın Baş naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Litvanın Baş naziri Sulyus Skvernyalis bəyan edib ki, Baltik dənizi üzərində Rusiya və NATO hərbi təyyarələrinin manevrləri fəlakəklə nəticələnə bilər. Xəbəri «LETA» agentliyi yayıb.

Baş nazirin sözlərinə görə, «NATO və Rusiya hərbçiləri soyuqqanlılığı qoruyub saxlamalıdırlar. Çünki Baltik dənizi üzərində hərbi təyyarələrin manevrləri son günlər böyük fəlakətlərə gətirə bilərdi».

«Belə davranış böyük fəlakətin baş verə biləcəyi müəyyən hüdudlara yaxındır. Vacib deyil ki, birbaşa münaqişə baş versin, sadəcə, təmas və nəticələri xeyli məyusedici ola bilər» - deyə, Skvernyalis qeyd edib.

Litva hökumətinin başçısı Rusiya hərbi təyyarələrinin Baltik üzərindəki manevrlərini «xeyli qabarıq» adlandırıb və deyib ki, onlar «elementar təhlükəsizlik davranışı ilə bir araya sığmır».

Xatırladaq ki, bu həftə NATO və Rusiya Baltik dənizi üzərində hərbi təyyarələrin xeyli riskli manevrləri barədə xəbərlər yayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar