Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır - Avropa İttifaqı

avropa_ittifaqi_000Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qurbanlara səbəb olan son atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır. “Trend”in məlumatına görə, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, 2 ölkənin liderləri atəşkəs rejiminin saxlanmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar oldularını dəfələrlə bəyan ediblər.

"Aİ həm sözdə, həm də əməldə gərginliyin azaldılmasını və təmkinliyin göstərilməsini gözləyir. Təşkilat ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirir və münaqişə zonasında gərginliyin azaldılması üçün tərəfləri dərhal tədbirləri müzakirə etməyə çağıran 19 iyun tarixli bayənata qoşulur", - bəyanatda deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar