“Allah qismət edərsə, "Double VİP" tikdirəcəm” - Aydın Abbasov

Milli Məclisin keçmiş deputatı, Aydın Abbasovun Dağıstanın Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının ərazisində çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirməsi barədə mətbuat səhifələrində məlumat yer almaqdadır. Məlumatı yayan “RİA Dagestan” agentliyi tikintinin baş tutmasını Aydın Abbasovla Dağıstan rəhbəri Ramazan Abdulatipovun yaxın dost olması ilə əlaqələndirir.

Keçmiş deputat Aydın Abbasov isə Modern.az-a açıqlamasında məsələ ilə bağlı bunları deyib.

“Tikib yaratmaq sünnətdir. Mən isə yaşayış kompleksi tikməmişəm. Amma Allah qismət edərsə, VİP yox, Double (ikili) VİP tikdirəcəm. Qaldı ki, bu yazıya və onu yazana. Təbii ki, sözüm yoxdur...”.

Aydın Abbasov Dağıstan rəhbəri Ramazan Abdulatiovla dostluq əlaqələrinin olmasına dair suala belə cavab verib.

“Mənim bir çox adamlarla dostluğum var. Amma hamısından yazmaq mümkün deyil. Həmçinin, Dağıstan rəhbəri Ramazan Abdulatipov da ailəmin dostudur. Ən əsası Azərbaycanın dostudur. Bir müddət bundan əvvəl Ramazan Abdulatipov Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar