Hüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb

ekremBu gün Bakıda ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin IV iclası keçirilir.

“Report”un məlumatına görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən ofisində təşkil olunub.

İclasda Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın təxminən 30 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak edirlər.

İclası açan Ə.Həsənov bildirib ki, bu gün 3 məsələ müzakirə ediləcək: “Bunlardan biri mənim hesabatımdır, yəni hansı işlər görülüb. İkinci məsələ aidiyyəti dövlət qurumlarına göndərəcəyimiz müraciətlərdir. Üçüncü məsələ isə Fondun bizim sorğumuza verdiyi cavabdır”.

Onun sözlərinə görə, hazırda Bankın ləğv edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində proses gedir: “Məhkəmə artıq ləğvetmə planını təsdiq edib. Amma biz məhkəmə qarşısında vəsatət qaldırmışdıq ki, prosesdə Kreditorlar Komitəsi də iştirakçı olsun. Məhkəmə bu vəsatəti təmin edib. Lakin məhkəmə həm də prosesin qapalı keçirilməsinə qərar verib. Çünki burada bank sirri hesab olunan məlumatlar var. İstənilən halda Azərbaycan tarixində ilk dəfədir ki, Kreditorlar Komitəsinin məhkəmədə iştirakına razılıq verib. ADIF buna etiraz etsə də, Maliyyə Bazarlarına Nəzarət Palatası buna razılıq verib. Maraqlıdır ki, mən bura gələndə Baş Prokurorluqdan zəng etdilər ki, Palata məndən ora şikayət edib. Şikayət mənim mətbuatda bank sektoru ilə bağlı verdiyim açıqlamalarla bağlıdır. Bu gün təxminən saat 18:00-da orda olmalıyam”.

İclas davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar