UNEC kollektivi Cocuq Mərcanlıda

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə UNEC YAP Qadınlar Şurasının üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər.

UNEC kollektivi öncə Ümummilli lider Heydər Əliyevin Horadizdə ucaldılan abidəsi önünə əklil və gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər. Həmçinin “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib.

Lələtəpə yüksəkliyinə yaxın ərazidə yerləşən Şükürbəyli kəndindəki N saylı hərbi hissənin əsgərlərilə görüşən UNEC kollektivi Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə universitet rektoru, professor Ədalət Muradovun əsgər və zabitlərə təbriklərini çatdıraraq, şərəfli xidmətlərində onlara uğurlar arzulayblar. Bildirilib ki, şanlı ordumuz qələbələrilə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər.

Daha sonra xidmətdə fərqlənən zabit və əsgərlərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Səfər Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin dəstəyilə təşkil olunub. Səfərdə həmçinin “XXI əsrin qadınları” İçtimai Birliyinin sədri Mahirə Əmirhüseynova və əməkdar jurnalist Flora Xəlilzadə də iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar