Yaponiya hökuməti PKK-ya qoşulan yaponu vətəndaşlıqdan çıxarıb

Yaponiya hökuməti terrorçu PKK qruplaşmasının Suriyadkı qolu olan “PYD”yə qoşulan “Reşid Yaponiya” kod adlı yaponu vətəndaşlıqdan çıxarıb."Haber7" xəbər verir ki, hökumət bu addımı həmin şəxsin terrorçularla birlikdə videosu yayılandan sonra atıb.

Məlumata görə, Almaniya, Hollandiya, Fransa və Avstriya başda olmaqla bir sıra Avropa dövlətləri terrorçu PKK və onun Suriyadakı qolları olan “YPG” və “PYD”yə havadar çıxır. Həmin ölkələrdə terrorçuların Türkiyəyə qarşı təbliğat aparmasına icazə verilir, onların başçılarını dövlət başçıları iqamətgahlarında qarşılayırlar.

İnformasiyaya əsasən, Fransanın keçmiş prezidenti Fransua Olland Yelisey sarayında terrorçu “PYD” başçısı Salih Müslimi qəbul edib. Türkiyən NATO-dakı müttəfiqi ABŞ isə İŞİD-ə qarşı mübarizə adı altında “YPG” və “PYD”ni silahlandırır. ("Report")

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar