Sabiq prorektorun oğluna hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və quldurluqda təqdirləndirilən Raul Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmə onun məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar da çıxarıb.

İttiham aktına əsasən, R.Əhmədov Sumqayıt şəhərində tanışından dərman almaq adı ilə 200 manat alıb, lakin daha sonra geri qaytarmayıb. Onun digər əməli isə Sumqayıtda taksi sürücüsündən telefonu quldurluq yolu ilə alaraq qaçması olub.

Məhkəmə istintaqı dövründə R.Əliyev özünü dələduzluqda təqdirli bildiyini desə də, quldurluq əməli törətmədiyini qeyd edib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında R.Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin R.Əliyevin narkotik istifadəçisi olduğu üçün məcburi müalicəyə göndərilməsini də tələb edib.

Onu da əlavə edək ki, R.Əliyev Sumqayıt Dövlət Universitetinin sabiq prorektoru Şakir Əhmədovun oğludur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar