İki gənc maşın qarajında can verdi! - Bakıda bədbəxt hadisə

Xətai rayonunda bədbəxt hadisə baş verib

"AzPolitika.info"ya daxil olan məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 130 ünvanında, maşın qarajında 2 nəfər maşın tüstüsündən boğularaq həyatını itirib.

Məlumata görə, qarajda maşının uzun müddət işlək vəziyyətdə olmasından şübhələnən bina gözətçiləri dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn Xətai Rəyon Polis İdarəsinin əməkdaşları, qarajın qapısını sındıraraq 2 gəncin meyitini aşkar ediblər.

İlkin məlumata görə həyatını itirən gənclər 23 yaşlarında olub. Gənclərin oğlan və qız olduğu deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar